Dünya
Ərdoğan qərargaha getdi – İşləri özü koordinasiya edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı görüləcək bütün işləri öz üzərinə götürmək üçün Fəlakət və Fövqəladə Halların İdarə edilməsi Nazirliyinin (AFAD) qərargahına gedib.
Jamaz.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi Tviter səhifəsində məlumat verilib.
Məlumata görə, o, Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,4 bal gücündə zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı lazımi tədbirləri koordinasiya etmək üçün AFAD-a rəhbərlik edəcək.
Ərdoğanın AFAD Koordinasiya Mərkəzindəki qiymətləndirmələrdən sonra açıqlama verməsi gözlənilir.(publika)