ABŞ-dan Türkiyə banklarına tələb: “Sərt şəkildə yoxlayın…”
Türkiyə bankları Rusiya ilə ticarət əməkdaşlığını inkişaf etdirdiklərinə görə sanksiyalarla üzləşirlər.
Jamaz.info xəbər verir ki, müvafiq bəyanatla ABŞ maliyyə nazirinin müavini Brayan Nelson çıxış edib.
O qeyd edib ki, son bir ildə Türkiyənin Rusiyaya kiçik ixracatının və ya təkrar ixracının artması Türkiyənin özəl sektorunu sanksiyalara və reputasiya risklərinə qarşı həssas edir.
TASS-ın məlumatına görə, Birləşmiş Ştatlar Türkiyə banklarını G7 bazarlarına çıxışı və müxbir əlaqələrini itirməsinə səbəb olacaq sanksiyalarla hədələyib.
Nelson banklardan Rusiyanın hüquqi və fiziki şəxsləri ilə əməliyyatları sərt şəkildə yoxlamağı tələb edib.
2022-ci ilin payızında Vaşinqtonun oxşar xəbərdarlıqları türk banklarının Rusiyanın “Mir” ödəmə sisteminə xidmətdən imtina etməyə məcbur olmasına səbəb oldu.
Bundan əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ -ın Ankaranı “qarışdırmaq” cəhdlərini dayandırmalı olduğunu deyərək, “çirkli əllərin” Türkiyənin üzərindən çəkilməsini tələb edib.(Publika)