Dünya

Almaniyadan Avropaya irad: Ukraynanı Aİ-yə buraxmayacaqsınız, aldatmayın

Alman jurnalisti Florian Noyhan Aİ-ni Kiyevi Avropa Birliyinə daxil olmaq üçün yalan ümidlər verməməyə çağırıb.

Jamaz.info xəbər verir ki, ZDF telekanalının köşə yazarının fikrincə, Avropa ölkələrinin liderləri Ukraynaya Avropa İttifaqına daxil olmaq üçün yalan ümidlər verirlər.

Jurnalist fikirlərini Kiyevdə keçirilən Aİ-Ukrayna sammitini şərh edərkən bildirib ki, avropalı nümayəndələr Ukrayna bayrağına avtoqraf qoyub, Zelenskini “əziz Vladimir” adlandırıblar və sammitin özü də “ailə görüşü” olub.

Əslində, müşahidəçinin fikrincə, bu sözlər sadəcə bir- birinə düşməncəsinə davranan Ursula fon der Leyen və Çarlz Mişel arasındakı rəqabətin məhsuludur. “Ən güclü simvolları kim tapacaq, Ukraynaya ilk kim gedəcək, ölkəyə ən çox vədlər verəcək?” – o qeyd edib.

Məqalə müəllifi əmindir ki, siyasətçilərin bu rəqabəti Ukraynaya yalan ümidlər verir, bütün Avropa üçün problem yaradır. Axı nə fon der Leyen, nə də Mişel Zelenskiyə konkret vədlər vermədilər , lakin onların Kiyevə səfərinin ab-havası ölkənin Aİ-yə yaxınlaşması ilə bağlı illüziya yarada bilər.

Noyhann hesab edir ki, Ukrayna ədalətli davranmağa layiqdir. Sammitdən sonra keçirilən mətbuat konfransında Vladimir Zelenski bildirib ki, Kiyevin məqsədi Aİ-yə daxil olmaq üzrə danışıqlara mümkün qədər tez başlamaqdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button