Sosial

Nazirlik rəsmiləri sabah İmişlidəki qalmaqallı məktəbə gedəcəklər

İmişli rayonunun Aranlı kəndindəki 1 saylı tam orta məktəbin müəllimi Leyla Nəcəfquliyevaya mənəvi təzyiqlər davam edir.

Müəllim məktəbdəki ayaqyolunun bədbad vəziyyətilə bağlı məsləni ictimailəşdirdiyinə görə təzyiqlərə məruz qaldığını bildirərək əvvəlcə kömək istəyib, sonra ona dəstəyin dayandırılmasını xahiş edib.

Məlum olub ki, məktəbin direktoru və Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi müəllimə təzyiqləri artırdığına görə, o, məsələnin gündəmdən çıxmasını istəyir.

Amma müəllimin xahişinə baxmayaraq, sosial şəbəkələrdə və mətbuatda Leyla Nəcəfquliyevaya dəstək nəinki dayandırılıb, əksinə, daha da artıb.

Jamaz.info-nun Modern.az-a istinadən məlumatına görə, Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məsələylə bağlı qısa açıqlama verib.

“Bu mövzu bizim diqqət mərkəzimizdədir. Elm və Təhsil Nazirliyinin əməkdaşları sabah bu məktəbdə olacaqlar”.

Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın sədri Günel Səfərova da məsələnin araşdırlması üçün sabah Aranlı kəndindəki 1 saylı tam orta məktəbində olacağını vəd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button