Dünya

“İnsanların hüquqları göz görə-görə pozulur” – Ərdoğan

“Dünyada insan hüquqlarının pozulması halları daim artır”.

Jamaz.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Beynəlxalq Ombudsmanlıq Konfransında çıxışı zamanı söyləyib.

“Yerli siyasətçilərdən tutmuş mediaya qədər demək olar ki, hamı insan hüquq və azadlıqlarından danışır. Dünyanın bir çox yerində insan hüquqları və müdafiəsi ilə bağlı qərarlar qəbul edilir, bəyanatlar verilir. Bütün bunlar danışıldığı halda, insanların bəzi hüquqları kobud şəkildə pozulur. Suriya və Fələstində, Arakanda bu pozuntulara hər zaman yeniləri əlavə edilir”, – deyə Ərdoğan vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button