Ölkə içi

Paşinyan “şantaj”larına davam edir

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesini sabotaj etmək üçün bütün imkanlarını işə salıb. Son Soçi görüşündən sonra verdiyi açıqlamalarından da aydın görünür ki, Paşinyan açıq şəkildə dünya ictimaiyyətini aldatmaqla yanaşı, həm vaxt qazanmağa çalışır, həm də Azərbaycanı “şantaj” etməyə girişib.

JAMAZ.İNFO xəbər verir ki, ötən həftə hökumətin iclasında Azərbaycan əleyhinə gen-bol danışan, Bakını hər məsələdə ittiham edən baş nazir, indi də sosial şəbəkələr üzərindən başqa bir varianta əl atmağa başlayıb. Belə ki, o, özünün “Twitter” hesabında Qarabağda yaşayan ermənilərin məsələsiilə bağlı açıqlamalar yayır.

Son yaydığı açıqlamasında isə Azərbaycan tərəfinin “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır” açıqlamasını “şərh” edib. Paşinyan iddia edib ki, Azərbaycan Ordusu guya, Qarabağda kənd təsərrüfatı işləri ilə məşğul olan sakinlərə atəş açıb. “Azərbaycan Qarabağ ermənilərini “bizim vətəndaşlarımız” adlandırır. Eyni zamanda kənd təsərrüfatı işləri ilə məşğul olanda onlara atəş açır. 11.09.2020-ci il tarixindən indiyədək 54 adam öldürməyə cəhd nəticəsində 3 mülki şəxs həlak olub, 16 mülki şəxs yaralanıb. Bu, “Azərbaycanın “Dağlıq Qarabağ məsələsi həll olundu”na baxışıdırmı?”.

Qeyd edək ki, Paşinyan bu açıqlaması isə yenə yalan danışıb. Belə ki, Azərbaycan Ordusu istər müharibə dövründə, istərsə də ondan sonrakı dönəmlərdə heç vaxt mülki əhalini hədəf almayıb. Əgər belə bir hal olsaydı, nə Xankəndidə, nə İrəvanda, nə də Azərbaycanla sərhəddəki erməni rayonlarında bir mülki şəxs belə qalmazdı. Ermənistanın baş naziri özü ilə Azərbaycanı səhv salıb. Çünki Gəncəni, Bərdəni, Mingəçeviri ermənilər raket atəşinə tutaraq, çoxlu sayda mülki şəxsin plümünə səbəb olublar. Və Azərbaycan bunun qarşılığı olaraq, bir erməni şəhərinəraket zərbəsi endirməyib.

İndi Paşinyanın belə açıqlama verməsi, onun və təmsil etdiyi hakimiyyət və xalqın terrorçu mahiyyətini gizlətmək, bütün günahları Azərbaycanın üzərinə yıxmaq cəhdindən başqa bir şey deyil. Həm də bu, “şantaj” olaraq da qəbul edilməlidir. Çünki ermənilər hər zaman Azərbaycanı şantaj etməyə, böhtan atmağa, öz cinayətlərini gizlətmək üçün yalan danışmağa adət edib. Paşinyanın bu açıqlaması da həmin prosesin tərkib hissəsidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button