Cəmiyyət
Azərbaycanda 6-7 bal gücündə zəlzələ: Təkanlar Bakı və Xankəndidə də hiss olunub
Bu gün Bakı vaxtı ilə 16:46-da Şamax şəhərindən 40 km şimal-şərqdə 4,9 bal gücündə zəlzələ qeydə alınıb. JAMAZ.İNFO xəbər verir ki, zəlzələnin episentrində təkanların gücü 6-7 bal təşkil edib.
Zəlzələ yerin 20 km dərinliyində baş verib. Titrəyişlər hətta Xankəndidə belə hiss olunub. Erməni tərəfinin verdiyi məlumata görə, Xankəndidə təkanların gücü 2-3 balı təşkil edib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib ki, zəlzələ Bakı da daxil olmaqla, bir çox rayonlarda hiss olunub. “Zəlzələ yerli vaxtla saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib. Maqnitudası 5,1, dərinliyi isə 42 kilometr olub”.