Cəmiyyət

Hüquqşünaslar etiraz aksiyaları keçirməyə hazırlaşır

Bir qrup hüquqşünas aksiyalar keçirməyi qərara alıblar. Bu barədə JAMAZ.İNFO-ya hüquqşünas Əlayif Həsənov məlumat verib.

O bildirib ki, qarşıdan gələn Beynəlxalq İnsan Hüquqları günündə Milli Məclisin və Vəkillər Kollegiyasının binalarının qarşısında etiraz aksiyaları təşkil edəcəklər. “Bununla bağlı İcra Hakimiyyətini məlumatlandırmışıq. Aclıq aksiyasının keçirilməsinə öz ofisində yer verməsi xahişi ilə xanım Ombdusmana müraciət etmişəm. Xahişimi anlayışla qarşılayacağına ümüd edirəm”.

O ictimaiyyətə də səslənib: “Hüquqlarımızın total pozulmasına biganə qalmayın”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button