Dünya
Türkiyə ilə İran arasında siyasi müzakirələr aparılacaq
Türkiyə ilə İran arasında siyasi məsləhətləşmələr keçirləcək. JAMAZ.İNFO xəbər verir ki, bu məqsədlə Türkiyə xarici işlər nazirinin müavini səfir Sedat Önal və İran xarici işlər nazirinin müavini Əli Bağeri Kenini Ankarada görüşəcəklər.
Türkiyə XİN-dən verilən aşıqlamada deyilir ki, görüş oktyabrın 8 -də baş tutacaq. “Görüşdə ikitərəfli əlaqələ, həmçinin regional və beynəlxalq inkişafla bağlı fikir mübadiləsi aparılacaq”.
Qeyd edək ki, son günlər Tehranla Ankara arasında siyasi gərginlik müşahidə olunur.