Ölkə içi

Hüseyn Əmir Abdullahiyan: “3+3 formatı Qarabağ münaqişəsinin əvvəlində meydana çıxmışdı”

“Cənubi Qafqazda bizi nə narahat edir? Birincisi, bəzi xarici qüvvələr sərhədləri dəyişdirmək, sərhəd keçidlərini bağlamaq və ya dəyişdirmək üçün bu bölgəyə təsir göstərməyə çalışırlar”. JAMAZ.İNFO xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Rossiya-24” telekanalına verdiyi müsahibədə bildirib.

O deyib ki, eyni zamanda, Qarabağda müharibə zamanı oraya çıxan terrorçuların olduğu məsələsini də vurğulayırlar. “Bunu heç bir şəkildə qonşularımızın ərazi bütövlüyünü şübhə altına almadan söyləyirik”.

İranlı nazir iddia edib ki, Azərbaycan tərəfinin İranla danışıqlarda bölgəni terrorçulardan təmizləyəcəyini vəd edib. “Bölgədə sionist rejimin yerləşmək istədiyini də gizlətmirik. Biz bunu qəbuledilməz hesab edirik. Bütün bunları dostluq və mehriban qonşuluq əsasında həll etməliyik. Bizi Azərbaycanla çox böyük bir mədəni və tarixi əlaqələr bağlayır. Mediadakı xəbərlərin onlara kölgə salmasına imkan verməməliyik”.

“3 + 3” əməkdaşlıq formatına toxunan iranlı nazir, qarşılıqlı əlaqənin müxtəlif formatlarının olduğunu, qeyd olunanların Qarabağ münaqişəsinin əvvəlində ortaya çıxdığını, eyni zamanda Azərbaycan-İran-Rusiya platformasının da olduğunu xatırladıb. “Hamısı dialoqa xidmət edir. Hesab edirik ki, çoxlu yeni tələblər Cənubi Qafqaz regionunda vəziyyəti daha da çətinləşdirir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button