Zakir Fərəcov işdən çıxarılır –QALMAQALLAR İCRA BAŞÇISINI ÇIXILMAZA SALIB

  • SİYASƏT
  • 14.01.2020 12:34
  • 73 dəfə oxundu

Sumqayıtın icra başçısı Zakir Fərəcov yaxın günlərdə işdən çıxarılacaq. Bu barədə JAMAZ.İNFO-ya etibarlı mənbələrdən məlumat daxil olub.  

Həmin məlumatlarda deyilir ki, icra başçısı ilə bağlı məsələ hələ ötən ilin sonlarında müzakirə edilib və qətiləşdirilib. Buna səbəb isə onun adının son dövrlər bir çox qalmaqallara qarışmasıdır. Belə ki, Zakir Fərəcovun adı əvvəlcə Sumqayıtda abadlıq və yenidənqurma işlərini həyata keçirmiş şirkətə 8 milyon manat borc məsələsində hallanıb. Həmin şirkətin rəhbərliyi bununla bağlı bəyan edib ki, şəhərin giriş hissəsi və Bulvarın yenidən qurulmasına görə, yaranmış borc 3 ildir ödənilmir. Eyni zamanda, həmin pullar 426 nəfər işçi və sahibkarın da haqqıdır ki, bununla bağlı aparılmış danışıqların da heç bir faydası olmayıb.

Ddigər məsələ isə borcla bağlı icra başçısının sahibkarlardan pul istəməsidir. JAMAZ.İNFO xəbər verir ki, sahibkarlar bununla bağlı dövlət başçısına müraciət ediblər və xahiş ediblər ki, Zakir Fərəcovla bağlı ölçü götürülsün. Çünki sözügedən şəxs sahibkarlara olan borcunun 30 faizini özünə götürməyi təklif edib, razılaşmayanları isə həbs etdirəcəyi ilə hədələyib.

Bu qalmaqalların ardından Sumqayıt şəhərinin nəqliyyat sisteminə məsul olan “Nəqliyyat” MMC-nin rəhbərinin külli miqdarda pul götürərək, qaçması da əlavə problem olaraq ortaya çıxdı. Məlum oldu ki, Xanı Rüstəmov Zakir Fərəcovun bacısının əri imiş və onun belə hərəkət etməsinin də məsuliyyəti elə icra başçısının üzərindədir.

Bütün bunlarla yanaşı, Zakir Fərəcovun malik olduğu sərvətin də siyahısının yayılması işi lap düyünə salıb. Meydan.TV-nin yaydığı həmin məlumatda qeyd edilir ki, Fərəcovun çoxlu sayda mülkləri, obyektləri və ciddi gəlir mənbələri var. TV bildirir ki, icra başçısı maaşı ilə bu qədər əmlaka sahib olmaq mümkün deyil. Ona görə də, onun mülkləri ilə bağlı araşdırmanın zəruriliyi vurğulanıb.

Mənbə onu da bildirir ki, indiki həssas məqamda Zakir Fərəcovdan bu qədər şikayətin olması hakimiyyət dairələrinə də sərf etmir. Ona görə də, Fərəcovun Sumqayıtın icra başçısı vəzifəsindən azad edilməsi real görünür.

Qqarşı tərəfi də dinləməyə hazırıq.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər