Yeni icra başçıları kimlərdir? -DOSYE

  • SİYASƏT
  • 12.11.2019 16:02
  • 18 dəfə oxundu

Xəbər verdiyimiz kimi, İlham Əliyev Rafiq Çəpərxan oğlu Quluyevi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib.

Qaynarinfo-nun məlumatına görə, Rafiq Quluyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1981-ci ildə Ərəvsə kənd orta məktəbində 1-ci sinfə başlayıb, məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib. 

1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır.  

1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib. 

1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışıb. 

21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Başçının müavini, 2013-cü il dekabrından başçının 1-ci müavini vəzifəsində çalışıb. 

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 

Ailəlidir, 2 övladı var. 


Prezidentin Yasamal rayonuna təyin etdiyi Elşad Eldar oğlu Həsənov da gəncdir. Belə ki, Elşad Həsənov 1976-cı il sentyabr ayının 27-də Bakı şəhərində müəllim ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən, o vaxt A.S Puşkin adına olan, hal-hazırda Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyan 23 saylı orta məktəbə daxil olub və 1992-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1992-ci ilin payızında ilk dəfə olaraq test üsulu ilə keçirilən qəbul imtahanlarının nəticələrinə görə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. 1997-ci ildə hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb. Hüquq sahəsində bir neçə elmi məqalənin müəllifidir. 

2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib. 

Ailəlidir. 2 övladı var. İngilis, rus dillərini bilir. Partiya mənsubiyyəti yoxdur. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər