Xaçmazda 520 işçinin maaş kartı "yoxa çıxıb" -KEÇMİŞ İCRA BAŞÇISINA İTTİHAM

  • GÜNDƏM
  • 06.11.2019 12:33
  • 58 dəfə oxundu

Xaçmazın sabiq icra başçısı, bu yaxınlarda işdən çıxarılan Şşəmsəddin Xanbabayevlə bağlı maraqlı iddia gündəmə gəlib. JAMAZ.İNFO xəbər verir ki, bir qrup Xxaçmaz sakini media mənsublarına müraciət edərək, onlardan kömək istəyiblər. Daha doğrusu, iddia ediblər ki, keçmiş icra başçısı rayonda çalışan 520 nəfər işçinin maaş kartını götürərək, istirahətə gedib. 

Həmin şəxslər yazırlar ki, rayonlarda insanlar müqavilə əsasında abadlıq işlərinə cəlb edilir. Onların sözlərinə görə, hər rayona Pprezident Admnistrasiyasından kvota ayrılır. "Bu il Xaçmaza 600 yer ayrılmışdı. Təbii ki, 600 adam işə cəlb edilmədi. Sadəcə 30 nəfər işləyirdi MKT-də. Qalan adamlar isə adları işdə gedən, lakin özləri olmayan "ölü canlılar" idi. 520 kart Şəmsəddinin. Yerdə qalanlar məşğulluğun direktoru Ayazın, MKT-nin direktoru Qalibin, "Dost Mərkəzi"nin rəhbəri Vüsalın arasında  bölünmüşdü".

Ssakinlər yazırlar ki, bir neçə gün əvvəl yeni icra başçısı təcili şəkildə Maliyyə İdarəsinin rəsinin yanına çağıraraq, məsələnin həllini tələb edib. "O deyib ki, belə bir şey edə bilməz. Çünki prezidentin tapşırığı var. Ona görə də, kartlar sahiblərinə qaytarılmalıdır. İndi Xaçmazda düşüblər küçələrə, "ölü canlıları" axtarıb, tapıb kart qaytarmağa. Məhəllə-məhəllə gəzirlər. Maliyyənin rəisi Nizami də təzə başçıya and içib ki, vallah, billah kartlar Şəmsəddin Xanbabayevdədir".

Məlumatı verənlər bildirir ki, hər kartda minimum əməkhaqqı qədər aylıq pul olur. "Son olaraq 250 manat yuklənirdi. Aylıq təxminən 125 min tək başçıya çatırdı. Xaçmazda "ölü canlılarin axtarışı əməliyyatı bir neçə gündür səhərdən başlayıb. Bütün bu hoqqaların arasında Şəmsəddin Şimali Qafqazdakı kurortlarinin birinə istirahətə gedib".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər