Sosial

Yenə Çin, yenə virus: Vuhanda bu dəfə “Langya” virusu yayılır

Dünyanı iki ildir böhran vəziyyətinə düşürən koronavirusun ardından daha bir virusun peyda olduğu məlum olub. JAMAZ.İNFO xəbər verir ki, yeni virusun vətəni bu dəfə də Çindir. Koronavirusun ortaya çıxdığı Vuhan vilayəti.

Pekinin yaydığı məlumata görə, ölkənin Şantunq və Henan əyalətlərində 35 nəfərdə “Langya” (LayV) adlı henipavirus aşkarlanıb. Yeni virusun ilkin əlamətləri koronavirusdan bir o qədər fərqlənmir. Bu xəstəliyə yoluxanlarda da temperatur, yorğunluq və öskürək şiddətli olur.

Çin alimlərinin açıqlamasına görə, “Langya”ya yoluxanların ¾-nü öldürə biləcək virus növünə aiddir. Hələlik yoluxanlardan ölənin olmadığı bildirilir.

Xəstəliyin mənbəyi heyvanlardır. Pekin Mikrobiologiya və Epidimologiya İnstitutunun rəyinə görə, virusun insanlara keçməsi çöl siçanlarının hesabına mümkün ola bilər. Çünki bu virusu əsasən həmin həşəratlar daşıyırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button