Sosial

Xalq artisti ilə vida mərasimi evində keçiriləcək

Xalq artisti, mərhum aktyor Ramiz Novruzla vida mərasimi yaşadığı evdə keçiriləcək.
Jamaz.info xəbər verir ki, bu barədə Qaynarinfo-ya Xalq artistinin çalışdığı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.
Teatrdan bildirilib ki, mərhumun dəfn olunacağı yer hələ dəqiqləşməyib:
“Nazirlikdən aktyorun harada dəfn olunması ilə bağlı məlumat gözləyirik”.
Qeyd edək ki, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra bu gecə dünyasını dəyişib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button