Sosial

Uşaqların himayədar ailəyə verilməsi ilə bağlı yeni qaydalar

7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilməsi zamanı onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrəniləcək və nəzərə alınacaq. 10 yaşı tamam olmuş uşaq himayədar ailəyə verildikdə isə yenə onun razılıq verməsi zəruri olacaq.

Jamaz.info xəbər verir ki, bu, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, uşağın himayədar ailəyə verilməsi onun fikri nəzərə alınmaqla həyata keçirilir. 10 yaşı tamam olmuş uşaq isə yalnız öz razılığı alındıqdan sonra himayədar ailəyə verilə bilər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə yerləşdirilmiş uşağın himayədar ailəyə verilməsi zamanı onun valideynlərinin (olduğu halda) və yerləşdiyi müəssisənin razılığı tələb olunmayacaq.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button