Sosial

Un ucuzlaşdı: Çörək də ucuzlaşacaqmı?

“Unun qiyməti ucuzlaşanda dərhal çörəyin də qiyməti aşağı enməlidir”.
Jamaz.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov unun qiymətinin ucuzlaşmasından danışarkən deyib. Onun sözlərinə görə, dünya bazarında bütün məhsulların, malların qiyməti ucuzlaşan kimi digər ölkələrdə də qiymətlər aşağı enir:
“BMT-in FAO təşkilatı məlumat yayıb ki, son 6 ayda dünya bazarında buğdanın qiyməti enməkdə davam edir. Amma bizdə hələ bu günlərdə unun qiymətini cüzi ucuzlaşdırıblar. Unun qiyməti ucuzlaşan kimi bu çörəyin qiymətinə təsir etməlidir. Necə olur ki, dünyada buğdanın qiyməti ucuzlaşan kimi dərhal unun, çörəyin qiyməti də ucuzlaşır, amma Azərbaycanda çörəyin qiyməti hələ ucuzlaşmayıb”.
Qeyd edək ki, Azərbaycanda unun pərakəndə satış qiyməti ucuzlaşıb. Kisəsi 41-42  manata olan 50 kiloluq unun qiyməti 38 manata endirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button