Sosial

Suraxanıda məmurlar xeyir-şər evinin ərazisini zəbt ediblər –FOTO

Yeni Suraxanı ərazisində, “Araz” market yaxınlığında vətəndaşların xeyir-şər yeri üçün nəzərdə tutulan ərazi zəbt olunub. Orada qanunsuz tikinti işləri həyata keçirir. JAMAZ.İNFO xəbər verir ki, bu sözlər bir qrup Suraxanı sakininin redaksiyaya göndərdiyi şikayət məktubundandır.

Şikayətçilər iddia edirlər ki, həmin ərazini zəbt edən də, orada obyekt tikən də Dövlət Neft Şirkətinin keçmiş vitse-prezidenti Bədəl Bədəlov və Suraxanı icra başçısı Əziz Əzizovdur. “Sözügedən ərazidə özü üçün nəhəng ticarət mərkəzi inşa edən Bədəl Bədəlov nəinki vətəndaşların etirazına məhl qoymur, özünü külli-ixtiyar sahibi kimi aparır.Nümayişkəranə şəkildə bildirir ki, o, heç kimdən və heç nədən çəkinmir. Bu işdə Bədəl Bədəlova dəstək verən əsas fiqur isə onun şəriki  – Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdur”.

Şikayətçilər deyirlər ki, Surxanı ərazisində xeyir-şər yeri ilə bağlı ciddi problem mövcuddur. “Əhalinin sıx məskunlaşdığı rayonumuzda xeyir-şər yeri tapmaq sözün həqiqi mənasında müşkülə dönüb. Bu səbəbdən də rayon sakinləri hazırda Bədəl Bədəlovun böyük inşaat işi apardığı məkanda müvafiq dövlət qurumlarının dəstəyi ilə xeyir-şər yeri tikmək niyyətində idi. Vətəndaşlar bununla bağlı istək və tələblərini Suraxanı Rayon İcra Hakimiyyətinin də nəzərinə çatdırmışdı. Lakin bir neçə gün öncə məlum olub ki, Bədəl Bədəlov bu ərazini də zəbt edib və burada qeyri-yaşayış obyekti ucaldır”.

Şikayətçilər deyir ki, tələbləri tikintinin sökülməsi, həmin ərazidə xeyir-şər yerinin inşa edilməsidir.

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button