Sosial

Səhiyyə sahəsində islahatlar davam etdiriləcək

Səhiyyə sahəsində göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün qarşıda görüləcək işlər çoxdur. Bu sahədə islahatlar davam etdiriləcək.

Jamaz.info xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisin iyunun 13-də keçirilən iclasının gündəliyinə daxil edilən 2022-ci il üzrə dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir İcbari tibbi sığorta fondunun gəlir və xərclərinin 2023-cü ildən icmal büdcəyə daxil edildiyini də diqqətə çatdırıb.

Samir Şərifov valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqların problemlərinə də toxunub. Bildirilib ki, artıq bu məsələ ilə bağlı tapşırıqlar verilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button