Sosial

Psixoloji mərkəzlərdə xaotik durum – Deputat çağırış etdi

Bu gün Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatı dinlənilib.

Jamaz.info-nun məlumatına görə, deputat Məlahət İbrahimqızı hökumətin hesabatının qənaətbəxş olduğunu söyləyib. O, bir sıra vacib təkliflər irəli sürdüyünü bildirib.

“Bu hesabat bir daha göstərdi ki, hökumət məhsuldar işləyib. Hesabatda qeyd olunduğu kimi, Ehtiyat Fonduna təkcə iki ay üçün 4 milyard əlavə vəsait daxil olub. Vətəndaşların banklara əmanət qoyuluşu əvvəlki ilə nəzərən 2 milyard artıb. Bu, hökumətin fəaliyyətini dəyərləndirmək üçün çox önəmli göstəricidir. Çox vacib olan iki məsələni müvafiq hökumət üzvlərinin rəhbərlərinə təqdim etdim. Birinci növbədə tibb işçilərinin, xüsusilə də həkimlərin pensiya yaşının 65-dən 70-ə qaldırılması məsələsinə toxundum. Nəzərə alaq ki, hətta Avropa ölkələrində son pandemiyadan sonra həkimlər üçün yaş senzi götürülüb. Azərbaycanda həkim kadrları çatışmır. Baxmayaraq ki, Səhiyyə Nazirliyi bu məsələyə çox həssaslıqla yanaşır, lakin TƏBİB sertifikasiyadan keçmiş həkimləri belə istədiyi kimi işdən azad edir. Həkimlər bir çox hallarda dəyərləndirmə olmadan, şəffaf olmayan qaydada işdən azad olunur. Bu gün yüzlərlə həkim bu məsələ ilə bağlı narazıdır. Hesab edirəm ki, bu yanaşma çox az məbləğdə pensiya alan həkimlər ordusuna qarşı hörmətsizlikdir. Baş Nazirdən xahiş edirəm ki, bu məsələyə yenidən və həm də həssaslıqla baxılsın”.

Məlahət İbrahimqızı eyni zamanda psixoloji xidmət mərkəzləri ilə bağlı məsələ qaldırıb:

“İkinci məsələ hazırda ölkəmizdə xaos vəziyyətində olan psixoloji xidmətlə bağlıdır. Daha doğrusu, psixoloji xidmət göstərən MMC-lərdir. Araşdırmalar göstərir ki, Səhiyyə və Elm və Təhsil Nazirlikləri tərəfindən bu MMC-lərə nəzarət demək olar ki, yox dərəcəsindədir. Bu müəssisələrin əksəriyyətində psixologiya təhsili olmayan, təsadüfi, saxta yolla sertifikat almış insanlar çalışır. Göstərilən psixoloji xidmətlərə görə qoyulmuş haqlar çox yüksəkdir. Məhz buna görədir ki, vətəndaşlar çox narazıdır. Bu məsələ mətbuatda da dəfələrlə işıqlandırılıb. Elm və təhsil, səhiyyə nazirlərinin parlamentdə hesabat müzakirəsində iştirak etməsindən istifadə edərək bu problemi onların diqqətinə çatdırdım”.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button