Sosial

Prezident onları vəzifəsindən azad etdi

Mədəniyyət Nazirliyində növbəti kadr islahatı həyata keçirilib.

Jamaz.info xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.

Qeyd edək ki, 76 yaşlı S.Məmmədəliyeva 1999-cu ildən mədəniyyət nazirinin müavini postunu tuturdu.

Vaqif Əliyev isə Prezidentin 2011-ci il tarixli sərəncamı ilə mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdu.(publika)

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button