Sosial

“Papanin”də söküntü başladı

Paytaxtın Nəsimi rayonunda yerləşən, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Novruzov qardaşları, Maqsud Əlizadə və Həsən Əliyev küçələrini əhatə edən, “Papanin” kimi tanınan ərazidə həyət evlərinin söküntüsünə başlanılıb. Söküntü işləri əsasən həyət evləri üzərində aparılır.

Tikinti layihəsinə uyğun olaraq həyət evləri söküldükdən sonra həmin ərazidə çoxmərtəbəli binalar inşa olunacaq.

Jamaz.info xəbər verir ki, tikinti şirkətinin nümayəndəsi trend-ə bildirib ki, 192 ailə tikinti şirkəti ilə artıq razılığa gələrək köçürülüb. Digər ailələrlə isə danışıqlar aparılır. Müqavilə bağlanan ailələrin mənzilləri mərhələli şəkildə sökülür. Ərazidə isə şəhərin memarlıq üslubunu nəzərə almaqla çoxmərtəbəli bina inşa olunacaq.

sahəyə uyğun olaraq onlara mənzil kirayəsinə görə pullar ödənilir. Ərazidə 11 girişli 16 mərtəbəli evlərin tikilməsi nəzərdə tutulub”, – şirkət nümayəndəsi qeyd edib.

Sökülən ərazilərdə çoxmərtəbəli binanın inşası iki il ərzində yekunlaşacaq. İlk olaraq kirayəyə çıxan sakinlər mənzillərlə təmin ediləcəklər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button