Sosial

Onlayn əmək müqaviləsi necə imzalanır?

Dövlət Əmək Müfəttişliyi Xidməti onlayn əmək müqaviləsinin imzalanması ilə bağlı vacib məqamlara aydınlıq gətirib. Modern.az xəbər verir ki, Xidmətin məlumatına görə, işəgötürən tərəfindən tərtib olunaraq işçiyə ötürülən əmək müqaviləsi “Əmək və Məşğulluq” altsisteminə yerləşdirilir.
Vətəndaş müqaviləni imzalamaq üçün aşağıdakı addımları atmalıdır:

– ƏMAS platformasında şəxsi kabinetə daxil olur;- “Onlayn əmək müqaviləsi” başlığına klik edib “Onlayn əmək müqaviləsi reyestri”, daha sonra “Təsdiq gözləyən əmək müqavilələri” bölməsinə keçid edir;- Açılan bölmədə müqavilə ilə tanış olduqdan sonra onu imzalaya, imtina edə və ya geri göndərə bilər;- İmzalamaq istədikdə növbəti bölməyə keçid edərək rəqəmsal imzalarla müqaviləni imzalamış olur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button