Sosial

“Ömər aşırımı”nda qəza: Türkiyə vətəndaşları öldü

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var. JAMAZ.İNFO “Report”a istinadən xəbər verir ki, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşınının dərəyə aşması nəticəsində avtomobildə olan 3 nəfərdən 2-si ölüb, daha biri ağır yaralarla xəstəxanaya çatdırılıb.
Onların ərazidə çalışan Türkiyə vətəndaşları olduğu bildirilir. Hadisənin “Ömər aşırımı”nın yaxınlığında qeydə alındığı deyilir. Faktla bağlı araşdırma aparılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button