Sosial

Od tutub yanan bazar: Qiymətlər niyə yüksəkdir?

“Bakıda kənd təsərrüfatı məhsullarının bazara çıxışını Bakı Şəhər İcra Hakimiyyəti təşkil etməlidir”.
Jamaz.info xəbər verir ki, bunu Qaynarinfo-ya iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. O bildirib ki, bunun üçün BŞİH kəndlərdə və şəhərdə reklam işlərini elə aparmalıdır ki, kəndlinin həmin bazara marağı yaransın:
“Qurum kəndlərə müraciət etməlidir ki, biz sizin istehsal etdiyiniz məhsulun satışını təşkil etmək üçün Bakıda normal şərait yaradırıq. Məhsullarınızı gətirin Bakıda təşkil edəcəyimiz yarmarkada satın. Ona kim razı olmaz? Həmin adamlar da gətirib məhsulunu münasib qiymətə satacaq”.
Ekspert hesab edir ki, Bakıda kənd təsərrüfatı məhsullarının qiymətini endirmək üçün onların istehsalı iki dəfə artmalıdır:
“Bilisiniz ki, Bakı il ərzində nə qədər kənd təsərrüfatı məhsulları istehlak edir. Bakıdakı qiymətləri endirmək üçün istehsal iki dəfə artmalıdır. Belə olan halda qiymətlər normal olacaq. Kənd təsərrüfatı məhsulları kəndlərdə istehsal olunur. Kəndli istehsal edir, tədarükçülər həmin məhsulu tədarük edib bazarda satır. Əgər məhsul boldursa, onun qiyməti bazarda alıcılar üçün əlçatan olur. O məhsul ki, bazarda əlçatan deyil, istehsalı azdırsa, onun qiyməti bazarda baha olacaq. Pomidor, xiyar, kartof, soğanın qiyməti yüksəkdir. Bunların qiyməti baha olduğu bir zamanda bayram yarmarkalarında bu tərəvəzlərin qiyməti enəcək? Yox, əsla. Baxın, bazar və marketlərə, hətta küçədə, metroların çıxışlarında qurulan piştaxtalara, qiymətlər od tutub yanır”.
Vahid Məhərrəmov əlavə edib ki, həmin məhsulların hamısı rayon mərkəzlərində olan bazarlardan alınıb və alınacaq:
“Orada kənd təsərrüfatı məhsulların satışı ilə məşğul olan sahibkarlara tapşırıq verilir. Onlar həm özlərinin, həm də qonşuların satdıqları məhsulu alıb gətirəcək yarmarkaya. Heç kim öz evində istehsal etdiyi məhsulu Bakıda ucuz satmaz. Onların gətirdiyi məhsullar o qədər cüzidir ki, Bakıda qiymətlərə təsir edəcək səviyyədə deyil. Heç zaman da təsir etməyəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button