Sosial

Neftçalada azyaşlı qıza cinsi təcavüz edən kişi həbs edildi

Neftçala rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı baş verən zorakılıq hadisəsi ilə bağlı yayılan məlumatlar rayonun prokurorluq və polis orqanlarında araşdırılıb.  Bu barədə aprelin 6-da Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir. 

Aparılan araşdırmalarla müəyyən olunub ki, 2018-ci ilin mart ayında rayonun Mirqurbanlı kənd sakini, 59 yaşlı şəxs qohumu olan azyaşlı qıza cinsi təcavüz edib. Qeyd olunan hərəkətlərdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlayıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Cinayət əməlində təqsirləndirilən şəxsin barəsində rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button