Sosial

Nərimanovun heykəli yerinə qaytarılacaq – Naxçıvanın deputatı

Nəriman Nərimanovun Naxçıvandakı heykəli əvvəlki yerinə qaytarılacaq.

Jamaz.info xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Naxçıvan Muxtar Respublikasından seçilmiş deputatı Cəbi Quliyev məlumat verib.

Onun sözlərinə görə, heykəl bərpa işləri ilə əlaqədar ərazidən götürülüb.

“Nəriman Nərimanovun heykəli yeniləndikdən sonra həmin əraziyə qaytarılacaq”,- deyə deputat məsələyə aydınlıq gətirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən “Böyük bağ” ərazisindəki  heykəli sökülüb. Heykəlin götürülməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bir çox insanlar buna etirazlarını bildiriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button