Sosial

Müəllimlərin maaşındakı problem ayın 3-dək həll olunacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərinin sertifikasiya prosesindən keçmiş ibtidai sinif müəllimlərinin yanvar ayı üzrə əməkhaqqılarının azalmasına münasibət bildirib.
Jamaz.info xəbər verir ki, idarədən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin əməkhaqqında heç bir dəyişiklik olmayıb.

“İlin əvvəli üçün elektron sistemdə müvafiq məlumatların emalı prosesi ilə bağlı fevralın 3-dək müəllimlərin əməkhaqqı məbləği tam olaraq ödəniləcək” – deyə İdarədən verilən məlumatda vurğulanıb.
Qeyd edək ki, Bakı şəhərində çalışan və sertifikasiyadan keçən ibtidai sinif müəllimlərinin əməkhaqqının əvvəlki aylarla müqayisədə azalması müşahidə olunub. Belə ki, dünən yanvar üzrə maaşlar müəllimlərin hesabına köçürülərkən məlum olub ki, 1 sentyabr 2022-ci il tarixindən hesablanan artımlar kəsilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button