Sosial

Milli Məclisin önündə etiraz: “Xəstəxanada ölən xəstənin şkafına baxıram ki bəlkə…”(VİDEO)

Ziyafət Abbasova 2-ci qrup əlildir. O, 29 noyabrda Milli Məclisin önündə etiraz edib. Şikayətçi aldığı təqaüdün dərmanlarına çatmamasından gileylənir. Deyir, müvafiq qurumlara iş üçün dəfələrlə müraciət edib. Abbasova qalmağa evinin olmadığını deyir. Qeyd edir ki, qalmağa yeri olmadığından heç yerdə qeydiyyatda deyil. Buna görə də, şəxsiyyət vəsiqəsi deaktiv olub. O deyir, Dövlət Sosial Müdafiə Nazirliyinin qəbul şöbəsində ona Müşfiq qəsəbəsində iş təklif olunub. Ziyafət Abbasova etiraz etdikdən sonra polislərin müşahidəsi ilə Milli Məclisin qəbul şöbəsinə aparılıb və 30 noyabr tarixinə qəbula yazılıb.(Toplum tv)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button