Sosial

Milli Məclisdə 95 minlik təmir işləri

Milli Məclisin inzibati binası təmir olunacaq.
Qaynarinfo xəbər verir ki, bununla bağlı “Texnomaks” MMC ilə satınalma müqaviləsi imzalanıb. Müqavilənin maliyyə dəyəri 94 514.17 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Texnomaks” MMC 10 dekabr 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Sarayevo küçəsi, ev 22, mənzil 165-də yerləşir. Şirkətin qanuni təmsilçisi Qurbanov Rusif Fəzail oğludur.
Açıq mənbələrdə Rusif Qurbanov barəsində hər hansı məlumat yoxdur.
Xatırladaq ki, noyabr 11-də külək Milli Məclisin binasının fasad örtüyünü dağıtmışdı. Milli Məclisin binasından qopan fasad örtüyü Azərbaycan Televiziyasının (AzTV) ərazisinə düşüb. Görünür, binanın təmirinə bundan sonra ehtiyac yaranıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button