Sosial
Məktəbdə zəhərlənənlərdən 1-nin vəziyyəti ağırdır – Araşdırma başladıldı
Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
İlkin ehtimallara əsasən şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.