Sosial

Lerikdə torpaq sürüşməsi: Kənd sakininin evi torpaq altıda qaldı

Lerik rayonu Lərmərüd kəndində torpaq sürüşməsi baş verib. Bu barədə Qaynarinfo-ya rayon sakini Zeynal Baxışzadə bildirib.
Onun sözlərinə görə, torpaq sürüşməsi nəticəsində kənd sakini Nəbulla Baxşiyevə məxsus ev yararsız hala düşüb:  “Ev demək olar ki, tamamilə torpağın altında qalıb. Həyətdəki tövlə ilə bağlı da vəziyyət oxşardır. Yəni tövlə və oradakı mal-qara da torpaq altda qalıb. Bu gün icra başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev kəndə gəlib və vəziyyətlə tanış olub. O, Nəbulla Baxşıyevə yardım olunacağını vəd edib”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button