Sosial

“Kontakt Home”dan şikayət: Müştəriyə verilən çeki “edvgerial.az” qəbul etmədi

“Kontakt Home”da ödəniş zamanı nəzarət-kassa aparatının verdiyi çekdə ƏDV ilə bağlı şikayətlər var.
Jamaz.info xəbər verir ki, bu barədə Qaynarinfo-ya sözügedən şirkətin müştərilərindən biri məlumat verib.
Müştərinin “Kontakt Home”dan aldığı məhsulun kreditini ödəyərkən mağazadan ona verilən qəbzi “edvgerial.az” saytı qəbul etməyib.
“Aylıq kredit ödənişini sözügedən şirkətin mağazalar şəbəkəsində ödədim və qəbz aldım. Məhsulu alarkən satıcılar bildirdi ki, əgər aylıq ödənişləri mağazalarımızda etsəniz, “ƏDV-ni geri al” xidmətindən istifadə edə biləcəksiniz. Amma şirkətin verdiyi qəbzi “edvgerial.az saytı qəbul etmədi. Qəbzdə ödəniş zamanı nəzarət-kassa aparatının verdiyi çekin fiskal kodu yoxdur”, deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı “Kontakt Home” ilə əlaqə saxladıq. Şirkətlər qrupundan bildirdilər ki, mağazalarda ödəniş edən müştərilərə təqdim olunan nəzarət-kassa aparatının qəbzində fiskal kod aydın görünür:
“Belə bir halın olması mümkin deyil. Həmin müştəri ödəmə etdiyi mağazaya yaxınlaşsın, tərəfimizdən ona verilən sənədləri təqdim etsin, məsələ yerində araşdırılsın”.
İqtisadçı ekspert Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında “Kontakt Home”dan müştəriyə verilən ƏDV qəbzinin saxta olduğunu bildirib:
“Qəbzin üstündə fiskal kod yoxdur. Qəbz tam deyil, yarımçıq verilib, ya da kəsib götürüblər. Bu qəbz “edvgerial.az” sisteminə yüklənə bilməz. Odur ki, belə hallar olanda vergi orqanlarına şikayət etmək lazımdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button