Sosial

İcra nümayəndəsi kənd sakinini şikayət etdiyi üçün təhqir edib –  VİDEO

Bir neçə gün bundan əvvəl redaksiyamıza müraciət edərək, yaşadıqları kəddə ciddi problemlərinin olduğunu bildirən Göyçay rayon, Ərəbcəbirili kənd sakini Sadəddin Xasiyevin oğlu ağır təhqirlərə məruz qalıb. Bu barədə təhqirə məruz qalmış Xasıyev Əziz Sadəddin oğlu özü JAMAZ.İNFO-ya bildirib.

O deyib ki, Göyçay rayon, Ərəbcəbirli kənd icra nümayəndəsi Nazim Həşimov iyulun 31-də onu nalayiq sözlərlə söyərək, təhqir etdi. “Səbəb isə atam Sadəddin Xasiyevin yağan yağışlar nəticəsində evimizin su basması, yolun dağılaraq bərbad vəziyyətə düşməsi barədə mətbuata şikayət məktubu göndərməsi olub”.

O bildirib ki, Nazim Həşimov sözügedən gün onun və ailəsinin yaşadığı küçəyə gələrək, heç bir əsas olmadan anasının, ailəsinin və uşaqlarının gözü qarşısında Əziz Xasıyevi təhqir edib. “Dövlət qulluqçusu olan Nazim Həşimovun məni söyüb təhqir etməsi faktını video lentə almışam. Onu Sizə təqdim edirəm. Nazim Həşimovun söyüşlərinin burada ifadə edilməsi qeyri mümkündür. Bu hərəkətlərinə görə icra nümayəndəsi Nazim Həşimov məsuliyyətə cəlb edilməli, barəsində təsirli tədbirlər görülməlidr”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button