Sosial

Həkimlərdən xəbərdarlıq: Yeni virus yayılır- RSV

Dünyanın aparıcı alimləri qış ayları yaxınlaşdıqca üç xəstəliyin bir yerdə yayılmasının müşahidə edildiyini bildirirlər. JAMAZ.İNFO xəbər verir ki, hər üç xəstəlik eyni simptomlara malik olduğundan həkimlərin onları bir-birindən ayırması xeyli çətin olur.

Alimlər bildirirlər ki, yeni xəstəlik açması “Respirativ Sinsisyal Virus” olan RSV-dir. Nəfəs yolu vasitəsi ilə uşaqlara, immuniteti zəif olan şəxslərə və yaşlılara keçir və onlar üçün ciddi təhlükə yaradır.

ABŞ Xəstəliklərə Nəzarət və Önləmə Mərkəzinin hesabatına görə, təkcə ABŞ-da hər il 177 min nəfər insan RSV-yə yoluxur. Onların da 14 min nəfəri dünyasını dəyişir. Həmin mərkəzin açıqlamasına görə, RSV əsasən 5 yaşa qədər uşaqlarda daha çox görülür. Onların da hər 56 nəfərindən 1-nin ölümünə səbəb olur. Doktor Louis Bont bildirib ki, hər il 100 mindən 200 minə yaxın uşaq bu xəstəlikdən dünyasını dəyişir. Ən kritik ay isə noyabr-mart ayları hesab olunur.

Yeni “üçlü xəstəlik”in əlamətləri isə əsasən qripə bənzəyir. İlk əlamətləri burun axıntısı, burun tutulması, boğaz ağrısı və öskürəkdir. Lakin xırıltılı və bəlğəmli öskürək virusun getdikcə ağ ciyərin bütün qatlarına nüfuz etdiyini, ağciyər kiçik hava yollarının infeksiyası və pnevmaniyanın başlanmasından xəbər verir.

Uzmanlardan üçlü salgın uyarısı: Grip ve koronavirüsten sonra şimdi de RSV

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button