Sosial

Gürcüstan-Azərbaycan sərhədindəki gömrük məntəqəsi bu il açılacaq

Gürcüstanla Azərbaycan arasında “Laqodexi” gömrük-buraxılış məntəqəsi bu il açılacaq.

Jamaz.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziri Laşi Xuçsuşvili deyib.

Onun sözlərinə görə, hazırda Gürcüstan-Azərbaycan sərhədində 6 gömrük-buraxılış məntəqəsi fəaliyyət göstərir ki, onlardan biri dəmir yoluna aiddir.

Nazir əlavə edib ki, ölkənin sərhədlərində yerləşən digər gömrük-buraxılış məntəqələrində də təmir və infrastrukturun bərpası işləri aparılacaq.

Qeyd edək ki, “Laqodexi” gömrük-buraxılış məntəqəsi təmir səbəbindən bağlanmışdı. Azərbaycanda 2020-ci ilin martından quru sərhədləri bağlı olduğu üçün bu məntəqənin açılması onun istifadəyə veriləcəyi mənasına gəlmir.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button