Sosial

Gömrük rüsumları necə hesablanacaq?

İdxal malları üzrə vergi və gömrük rüsumları malın gömrük dəyərindən hesablanacaq. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Gömrük tarifi haqqında” qanuna dəyişiklik layihəsində qeyd olunub. 

Layihəyə əsasən gömrük dəyərinin düzgün müəyyən olunması mühüm əhəmiyyətə malikdir. Təklif olunan qanun layihəsi malların gömrük dəyərinin müəyyən edilməsinin sadə və ədalətli meyarlara əsaslanmasını təsbit edir.

Dəyişikliyə görə malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və malların buraxılışının təmin olunması təklif edilir. Malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranarsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir.

Əgər həmin müddətdə (yəni 24 saat ərzində) gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyəri təsdiq edilməzsə, bəyannaməçinin malların buraxılması ilə bağlı gömrük orqanına müraciət etmək (o cümlədən elektron qaydada) hüququ yaranır. Gömrük dəyərinin müəyyən edilməsi sahəsində vahid praktikanın formalaşması, bu sahədə sui-istifadə və neqativ halların qarşısının alınması məqsədilə bu qanuna uyğun olaraq gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar təsdiq ediləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button