Sosial

Evdən çıxmadan “Azəriqaz”ın 8 xidmətindən yararlana bilərsiniz

“Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi yeniliklərdən – elektron xidmətlər portalı haqqında məlumat verilib.

Jamaz.info xəbər verir ki, qurumun Müştəri xidməti şöbəsinin rəisi Fərid Mustafazadə yeni yaradılan portal vasitəsilə abonentlərin evdən çıxmadan “azeriqaz.az” saytında 8 xidmətdən yararlanaraq qaz təchizatında üzləşdikləri bəzi məsələlərin həllinə nail olacaqlarını bildirib.

Şöbə rəisi elektron xidmətlər vasitəsilə ərizələrin qəbulu, sənədlərin yüklənməsi və son mərhələ sayılan müqavilələrin imzalanması kimi proseslərin həyata keçirilə biləcəyini də qeyd edib.

Elektron xidmətlər haqqında daha ətraflı məlumatı isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi İdrak Həsənzadə media nümayəndələri və tədbir iştirakçılarına təqdim edib.

Yeniliyin təqdimatından sonra Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev hər ilin əvvəlində aktuallığa çevrilən limitlərin yenilənməsi məsələsinə toxunub. Şöbə rəisi üçmərhələli limitlərin tətbiqindən bir ildən artıq vaxtın keçməsinə baxmayaraq hələ də bəzi abonentlərin bundan xəbərsiz olduğunu və hesablama zamanı səhvlərə yol verdiyini vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button