Sosial

Deputatın məşhur şirkəti yenidən cərimələndi

Deputat Cavanşir Feyziyevə məxsus (qeyri-rəsmi) “Avromed Company” şirkətinə növbəti dəfə cərimə protokolları yazılıb.

Jamaz.info Pravda.az-a istinadla bildirir ki, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə iki inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İddia hakimlər – Nəriman Mehdiyevlə Nigar Qədirlinin sədrliyi ilə araşdırılacaq.
Məhkəmə iclaslarının vaxtı hələlik açıqlanmayıb.
Xatırlatma: Daha əvvəl “Avromed Company” barəsində eyni xətai il bağlı bir neçə dəfə cərimə protokolu yazılıb.
Qeyd: “Avromed Company” 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkət Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button