Sosial

“Dərmanla bağlı ölkədə oyunlar oynanılır” -Deputat

“Dünyada baş verən qıtlıq Azərbaycanda yaşanmadı. Azərbaycanda başqa şeylər baş verir”.

Jamaz.info  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputat Əli Məsimli bildirib.

“Birinci qiymət artımı, ikinci qiymət artımından sui-istifadə edib, qiymət manipulyasiyası və sürətlə qiymətlərin artırılması, dərman preparatlarının gizlədilməsi, satılmaması və bir müddətdən sonra onların bazara çıxarılması, əhalinin alıcılıq qabiliyyətinə ciddi zərbə vurulması baş verib. Bu gün dünyada qlobal olaraq qiymət düşümü yaşanır. Amma Azərbaycanda tərsinə olaraq, qiymət günü-gündən artır. Bunun demək ki, nəsə səbəbi var. Bunun adı monopoliyadır və qarşısını almalıyıq. Hətta dərmanla bağlı ölkədə oyunlar oynanılır, kiçik qazanclar üçün nələr edilir. Azərbaycanda bu gün ərzaqla bağlı problemlər kifayət qədərdir”, – deyə deputat çıxışında vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button