Sosial

“Dərman vasitələri ilə bağlı xeyli narazılıq var”

“İnsanlar arasında dərman vasitələri ilə bağlı xeyli narazılıq var”.
Jamaz.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, hökumət dərman vasitələri haqqında ciddi proqram hazırlayır: “Əminəm ki, bu proqram qəbul ediləndən sonra dərman vasitələri ilə bağlı problem aradan qalxacaq. Belə sənədlərin hazırlanması zamanı Milli Məclisdə olan mütəxəssis deputatları da bu sahəyə cəlb etmək lazımdır. Bunun da proqramın effektivliyinə xeyri olar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button