Sosial

Coratdakı zibil problemi niyə həll olunmur? – Sakinlər icra başçısı Zakir Fərəcovla görüşü gözləyir

Sumqayıt şəhər Corat qəsəbəsinin Liman və Nərimanov küçəsindəki zibil qutuları ilə bağlı problem hələ də həll olunmayıb. Bu barədə JAMAZ.info-ya sakinlər bildirib.

Onların sözlərinə görə, şikayətlərdən sonra zibil qutuları dəyişdirilsə də, ərazidən uzaqlaşdırılmayıb. “Yeni zibil qutuları qoyublar. Guya zibil qutularını yeniləyəndə problem həll olunacaq. Amma nəticə yenə eynidir. Yerli rəhbərlik israr edir ki, ərazi təmiz saxlanılacaq. Bu, sadəcə mümkün deyil. O zaman gərək gecə-gündüz qutuların yanında keşişkçi dayansın”, – deyə sakinlər bildirib.
Onları ərazidən dünən çəkdikləri fotoları da redaksiyamıza təqdim ediblər. Fotolardan görünür ki, zibil qutuları dəyişdirilsə də, yenə də ərazidə antisanitariya hökm sürür: “Fotolara baxın. Dünən çəkilib. Gördüyünüz kimi yenə də zibil aşıb-daşır. Bundan başqa, küçə itləri zibillikdə eşələnərək zibili ətrafa yayır. Yerli rəhbərlik ümid edir ki, hava soyuyanda iy çəkiləcək. Amma əksinə. Çünki yağış yağdıqda çürkli su ətrafa yayılır və daha da kəskin iy gəlir” .
Sakinlər bildirib ki, qutular ərazidən uzaqlaşdırılmalıdır. “Qəbirstanlığın aşağı hissəsində boş ərazi var. Maşının da ora girib-çıxmasına problem yoxdur. Qutular ora qoyularsa, ətrafı “setka” ilə çəpərlənərsə daha yaxşı olar. Həm evimizi üfunət iyi bürüməz, həm də küçə itləri zibilləri dağıtmaz. Amma bizə naməlum səbəblərdən bu xırda problemi həll etmək istəyən yoxdur. Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Gəlib baxıblar. Elə ondan sonra da zibil qutuları dəyışdırılıb. Biz isə qutuların götürülməsini xahiş etmişdik. Digər tərəfdən, ərazidə “siqnal xidməti” fəaliyyət göstərirsə, zibil qutularına nə ehtiyac var axı”, – deyə sakinlər bildirib.
Onların sözlərinə görə, icra başçısı Zakir Fərəcovla görüş də nəticəsiz qalsa, o zaman daha yuxarı instansiyalara müraciət edəcəklər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button