Sosial

Birinci siniflərə şagird qəbulu təkmilləşdirilir

Ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul sistemi təkmilləşdirilib.

Jamaz.info xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov “Təhsil masası”nda qonaq olarkən deyib.

O bildirib ki, artıq vətəndaş sistemdə qeydiyyatdan keçdiyi zaman onun məktəbyaşlı övladının məlumatları birbaşa olaraq sistemdə görünür:

“Əvvəlki illərdə vətəndaş qeydiyyatdan keçdiyi zaman övladlarının məlumatlarını bir-bir sistemə əlavə edirdi. Artıq digər qurumlarla əməkdaşlıq çərçivəsində bu məlumatlar sistemə avtomatik olaraq inteqrasiya edilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button