Sosial

Binaların zəlzələyə davamlılığını necə öyrənək? – Açıqlama

“İndi hamını düşündürən məsələ yaşadığı binanın zəlzələyə tab gətirib-gətirməyəcəyidir. Bəs, vətəndaş yaşadığı binanın zəlzələyə davamlılığı haqqında məlumatları haradan əldə etməlidir? Ölkədə bu sahədə söz sahiblərindən birisi artıq məsələ ilə bağlı fikrini açıqlayıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, 2019-cu ildən sonra tikilən binalara bu qurumdan rəy verilməyib. Yəni, bunu heç onlardan soruşan da olmayıb. Proses indi də bu qaydada davam edir. Kim necə istədi, elə də inşa edir. Digər bir səlahiyyətli qurum, Fövqəladə Hallar Nazirliyi bildirib ki , bir xeyli binalara ümumiyyətlə, onlar rəy verməyiblər. Hansı ki, hazırda bu binalarda yaşayış var”.

Jamaz.info xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, sahə üzrə ekspertlər son illər tikilən bir çox binaların standartlara cavab vermədiyini, sürüşmə zonasında yerləşdiyini və bir çoxunun da qəzalı vəziyyətdə olduğunu iddia edirlər:
“Bütün bu rəsmi və qeyri-rəsmi açıqlamalardan sonra hökumət hansı addımları atmalıdır? Ciddi bir monitorinq aparmaq, binaların zəlzələyə davamlılığı ilə bağlı bir xəritə hazırlamaq, ictimai əhəmiyyət kəsb edən məlumatları açıqlamaq üçün təxirəsalınmaz işlərin görülməsi vacib deyilmi? Əgər hansısa təbii fəlakət olsa, baş verənlərə görə məsuiliyyət kimin üzərində qalacaq? Hazırda bu tip binalarda yaşayanlar nə etməlidir? Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra bizim cəmiyyətimizi də ciddi narahat edən suallar var. Hökumətin bununla bağlı ağlabatan bir açıqlamal verməsi olduqca vacibdir. İnsanların narahatlığına son qoymaq lazımdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button