Sosial

Bakıda hansı binalar söküləcək: kimlərə ev və ya pul ödəniləcək?

Bakıda növbəti köçürlümə prosesinə başlanılacaq. JAMAZ.İNFO xəbər verir ki, söhbət paytaxtın Yasamal rayon ərazisindən gedir.
Yasamal Rayon İcra Hakimmiyyəti aparatının şöbə müdiri Xəqan Teymurov “Xəzər Xəbər”ə bildirib ki, bununla bağlı aidiyyəti qurumlar tərəfindən qəzalı binaların siyahıya alınması ilə bağlı tapşırıq verilib. İstismar müddəti bitmiş qəzalı binalar siyahıya alınıb və artıq aidiyyəti üzrə təhvil verilib.
Xəqan Teymurov qeyd edib ki, sakinlərin köçürlməsi istiqamətində iş adamları ilə danışıqlar aparılıcaq. Əgər tərəflər qarşılıqlı razılığa gələ bilsələr sakinlər həmin binada yeni təmirli mənzillərlə təmin olunacaq və yaxud da sakinlərə kompensasiya ödəniləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button