Sosial

Bakıda ata həyat yoldaşı ilə 3 uşağını küçəyə atdı – Qız uşağı istəmir!

Bakıda ata həyat yoldaşı ilə 3 uşağını küçəyə atıb.
Bu barədə Qaynarinfo-ya “Təmiz Dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
Onun sözlərinə gərə, buna səbəb atanın qız uşağı istəməməsidir:
“Ananın 3 uşağı qızdır. Ata isə oğlan uşağı istəyir. Arvadına deyib ki, apar bunların ikisini ver uşaq evinə, biri qalsın. Ana isə buna qarşı çıxıb. Kişi də açıb qapını, onların dördünü də evdən çıxarıb”.
Sədr deyib ki, ana və uşaqlar sığınacaqda bir neçə gün qalandan sonra qadının qardaşı gəlib onlara sahib çıxıb:
“Cəmiyyət niyə belə olub? Atalar qız uşaqları istəmir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button