Sosial

Bakı sakini DİN-dən kömək istəyir: “Məni öldürmək istəyirlər”

Yasamal rayon, Həsən bəy Zərdabi küçəsində yaşayan Bakı sakini Sara Talışxanova Daxili İşlər Nazirliyinə müraciət edərək, onlardan kömək istəyib. JAMAZ.İNFO xəbər verir ki, sözügedən şəxs həyatının təhlükə altında olduğunu bildirib.

Belə ki, Talışxanova xeyli sayda fotoşəkil paylaşaraq, bir qrup şəxsin onun həyatına qəsd etmək niyyətində olduğunu iddia edib. O bildirib ki, bu gün axşam saatlarında çəkdiyi fotoların hamısını Həsən Bəy Zərdabi küçəsi 75c, 75, 77 və 73 saylı binaların önündə qeydə alıb. “Sadəcə, şəkillərə diqqət etməklə bu insanların dəstə şəklində fəaliyyət göstərməsi aydın olur. Zərdabi küçəsi 73 ünvanının önündə meyvə-tərəvəz köşkünün sahibi tərəfindən dəvət olunan göy rəngli “Qazel” markalı maşının önündən köşk sahibinin işarəsindən sonra hərəkət edən şəxsin əlində bıçaq var. Parkda oturmuş qadınlar bizim mübahisəli mənzil işimizdə birbaşa iştirakçı olan qonşulardır. Bu onların ilk işi deyil”.

Talışxanova qeyd edib ki, bir müddətdir mübahisəli mənbzil məsələsinə görə, bu işçə aidiyyatı olmayan şəxslərin basqılarına məruz qalıb. “Mənə göstərilən bu basqı yaşadığım binanın önündə son rəqəmi 032 olan gümüşü rəngli “Mercedes”lə gələn şəxs tərəfindən təsadüfən, guya “maşın vurdu” ilə bitməli idi. Həmin gün bir təsadüf həyatımı xilas etdi. Bu dələduz insanlar əlbir şəkildə insanı öldürməklə, pul qazanmaq istəyindədirlər”.

O iddia edib ki, həyatı üçün yaranmış təhlükədə Yasamal Rayon İcra Hakimiyyəti və 56 saylı Mİİ aparıcı rol oynayır.

O, sonda DİN-dən kömək istəyərək, həyatı üçün yaranmış təhlükənin aradan qaldırılmasını xahiş edib.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button