Sosial

Bakı metrosunda problem: Sərnişinlər geri qaytarıldı

“Xətai-Cəfər Cabbarlı stansiyasında maşınistin idarəetmə pultunun qapılara müdaxilə olunması ilə bağlı siqnalı işə düşüb”.
Jamaz.info xəbər verir ki, bu barədə Qaynarinfo-ya metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
“Belə olduqda metropolitenin təlimat qaydalarına uyğun olaraq maşınist qatarı saxlayıb. Texniki baxış təyin olunub. Hər hansı problem olmadığı müəyyən edilsə də əlavə texniki baxış məqsədilə qatar tuneldə 3 dəqiqə qalmalı olub. Daha sonra qatar əlavə texniki baxış üçün təyin olunan zonaya çıxarılıb. Bakı Metropoliteninin Xətai və Cəfər Cabbarlı stansiyası arasında qatarlar məkik prinsipi ilə hərəkət edir. Hərəkətin təşkili ilə bağlı problem yaşanmayıb. Təhlükəsizlik tam təmin edilib”.
Metropoliten rəsmisi daha sonra sərnişinləri daha diqqətli olmağa və qaydalara əməl etməyə çağırıb:
“Sərnişinlərə müraciət etmək istəyirik ki, yeni il bayramı və Dünya azərbaycanlılarının həmrəylik gününün yaxınlaşdığı bir vaxtda bauramların yüksək ovqatda keçirmək üçün metropolitenin istifadə qaydalarına əməl olunsun”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button