Sosial

Azərbaycanda dərmanlarla bağlı dəyişiklik

“Dərman vasitələri haqqında” qanuna dəyişiklik təklif olunur.

Jamaz.info xəbər verir ki, təklif olunan dəyişikliyə əsasən dərman vasitələrinin ekspertizası dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar nəzərə alınmaqla keyfiyyətinin, effektivliyinin və təhlükəsizliyinin müəyyənləşdirilməsi məqsədi ilə fiziki-kimyəvi, bioloji, klinikaya qədər tədqiqatlar, klinik sınaqlar (klinik tədqiqatlar), bioekvivalentliyin müəyyən edilməsi, eləcə də dərman vasitələrinin qeydiyyat, farmakonəzarət sənədlərinin və standartlaşdırmaya dair normativ sənədlərin araşdırılması yolu ilə aparılan tədqiqat və sınaqlardır.

Qanun layihəsi, səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar hazırlanıb.

Layihədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum dərman vasitələrinin ekspertizasının hansı hallarda aparılmasını müəyyən etdikdən sonra həmin hallar nəzərə alınaraq Azərbaycan Respublikasına dərman vasitələrinin idxalını Səhiyyə Nazirliyi, istehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr həyata keçirirlər. Qanun layihəsində öz əksini tapmış yeni müddəaya əsasən müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir. Həmçinin layihədə texniki xarakterli düzəlişlər öz əksini tapıb.

Bundan əlavə, dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydası dəyişir. Layihəyə əsasən, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilməyəcək.

Qüvvədə olan qanuna əsasən isə müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir. Dəyişikliklə bu tələb yumşaldılır.

Qanun layihəsi səsə qoyularaq, parlamentin plenar iclasına tövsiyə olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button