Sosial

“Aviabiletlər bahadır, tələbələr ölkəyə qayıda bilmir”

Türkiyədə baş verən hadisə bir daha göstərdi ki, təyyarə biletlərinin qiymətinin yüksək olması səbəbindən bu gün tələbələrimiz ölkəyə qayıtmaqda çətinliklər çəkirlər.

Jamaz.info xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.

O, tələbələrə güzəşt edilməsini təklif edib: “Məhz bu səbəbdən çoxlu sayda tələbə qış tətilini ölkəmizdə deyil, məhz təhsil aldıqları ölkələrdə keçirirlər. Digər bir məsələ Türkiyədə zəlzələ ilə bağlı olaraq universitetlər distant tədrisə keçir və burada təhsil alan tələbələrimizin bir qismi tətil müddəti olduğu üçün vətənə qayıtmışdı. Onların kitabları, istifadə etdikləri ədəbiyyatlar var ki, biletlərin baha olması ilə əlaqədar qayıdıb, lazımlı əşyalarını gətirə bilmirlər. Eyni zamanda tələbələrə həm daxili nəqliyyatda, həm də xaricə təhsil məqsədilə səfərlərdə müəyyən güzəştlərin tətbiqi məsələsinə baxılmasına ehtiyac var. Onsuz da bu gün ölkə rəhbərliyinin təhsilimizə böyük diqqət və qayğısı var. Aidiyyəti qurumlar bu sahədə araşdırma aparıb müvafiq qurumlara təklif təqdim etməlidirlər. Bu vətəndaşlar tərəfindən dövlətimizin təhsilimizə qayğısının növbəti bariz təzahürü kimi qiymətləndiriləcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button